Bank Of Baku

FHN: Bu il tibb müəssisələrinin xüsusi icazə ilə bağlı müraciətlərinin 60 faizi təmin edilməyib

FHN: Bu il tibb müəssisələrinin xüsusi icazə ilə bağlı müraciətlərinin 60 faizi təmin edilməyib
# 26 iyul 2023 10:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə 2023-cü ilin ilk 6 ayı ərzində radioloji-gigiyenik pasport və xüsusi icazələrlə bağlı 132 müraciət daxil olub.

APA xəbər verir ki, bunu Dövlət Agentliyinin rəisi Nicat Əliyev deyib.

O qeyd edib ki, bu müraciətlərin 46 faizi müsbət qiymətləndirilib, 54 faizi isə təmin olunmayıb: "Tibb müəssisələri tərəfindən xüsusi icazələr üçün 96 müraciətdən 40 faizinə müsbət cavab verilib və xüsusi icazə verilib, 60 faizi təmin edilməyib. Sənaye müəssisələri tərəfindən xüsusi icazələrin verilməsi ilə bağlı 18 müraciətdən 83 faizinə müsbət cavab verilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR