Bank Of Baku

FHN əməkdaşı Afrikanın ən hündür nöqtəsinə yürüş edib - FOTO

FHN əməkdaşı Afrikanın ən hündür nöqtəsinə yürüş edib - FOTO
# 05 aprel 2023 14:25 (UTC +04:00)

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Sima Səfərova 25-28 martda Afrika qitəsinin ən hündür nöqtəsi olan Kilimancaro dağının Uhuru zirvəsini fəth edib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə yürüş edən S.Səfərova dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən zirvədə Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, Sima Səfərova Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR