Bank Of Baku

FHN əməkdaşları Heydər Əliyev Mərkəzində olublar

FHN əməkdaşları Heydər Əliyev Mərkəzində olublar
# 04 noyabr 2023 17:33 (UTC +04:00)

Noyabrın 4-də Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşlarından ibarət növbəti qrupun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

FHN-dən APA-ya verilən məlumata görə, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş ekskursiyada əməkdaşlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ekskursiya zamanı əməkdaşlar Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ziyarətçilər orada Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR