Bank Of Baku

FHN hoteldə təlim keçirəcək

FHN hoteldə təlim keçirəcək
# 17 avqust 2023 10:41 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayonu, M.Useynov küçəsi, 14 ünvanında yerləşən “Golden Coast” otelində “İctimai obyektlərdə baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda 17 avqust 2023-cü il, saat 11:00 radələrində yanğın-taktiki təlim keçirəcək.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR