Bank Of Baku

FHN-in Dövlət Agentliyinin rəisi İNTERPOL-un iclasında iştirak edib

FHN-in Dövlət Agentliyinin rəisi İNTERPOL-un iclasında iştirak edib
# 19 iyun 2023 14:29 (UTC +04:00)

İyunun 14-16-da Rumıniyanın Buxarest şəhərində İNTERPOL-un “Geiger” layihəsinin Qara Dəniz, Qafqaz və Mərkəzi Asiya üzrə işçi qrupunun iclası keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev də iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrdə radioaktiv və nüvə materiallarının aşkar edilməsi üsullarının və belə hadisələrin qarşısını almaq üçün tədbirlərin mütəşəkkil qayada görülməsi təcrübəsinin (aşkarlama, qiymətləndirmə, məlumatların toplanması, sübutların təhlili və s.) təkmilləşdirməsindən ibarət olub.

Tədbirdə Azərbaycan FHN-in nümayəndəsi Nicat Əliyev "Azərbaycan ərazisində mövcud olan nüvə və digər radioaktiv materiallar və bu sahədə mümkün təhdidlərin qiymətləndirilməsi" mövzusunda təqdimatla çıxış edib.

İclasda İnterpolun Milli Mərkəzi Bürosunun, həmçinin dəvət olunan 10 ölkədən müvafiq qurumların 100-ə yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə aidiyyəti sahələr üzrə gələcək inkişaf perspektivləri və təcrübə mübadiləsinə dair geniş müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR