Bank Of Baku

FHN-in əməkdaşları beynəlxalq sərgidə iştirak edib

FHN-in əməkdaşları beynəlxalq sərgidə iştirak edib
# 03 noyabr 2022 14:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi rəisinin birinci müavini Nicat Əliyevin və həmin idarənin Rəqəmsallıq və innovasiyalar idarəsinin rəisi polkovnik Fəxri Ağayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “GITEX GLOBAL” beynəlxalq informasiya texnologiyaları sərgisində iştirak edib.

FHN-dən APA-ya verilən məlumata görə, səfər çərçivəsində bir sıra beynəlxalq nüfuzlu şirkətlərin təmsilçiləri ilə görüşlər keçirilib, yüksək texnologiyaların tətbiqi barədə geniş fikir mübadiləsi aparılıb. Həmçinin, səfər çərçivəsində Baş idarə rəisinin birinci müavini N.Əliyev nüfuzlu “Entrepreneur” jurnalına sərgidə iştirak etməkdə məqsəd, eləcə də Azərbaycan Fövqəladə Hallar Nazirliyində fövqəladə hallarla mübarizə üzrə tətbiq edilən ən müasir texnologiyalar barədə müsahibə verib.

Qeyd edilib ki, “GITEX” hər il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən nüfuzlu beynəlxalq informasiya texnologiyaları sərgisidir. Tədbir Yaxın Şərq, Asiya və Afrikanın iqtisadiyyatlarını formalaşdıran ən müasir texnologiyalara əsaslanan transformasiyaları, investisiya və layihələri təqdim edir. Qırx ildən artıqdır ki, fəaliyyət göstərən GITEX brendi 2022-ci ildə çoxsaylı texnologiya şirkətlərinin, startapların, məruzəçilərin və 170-dən çox ölkədən olan iştirakçıların təmsil olunduğunu nümayiş etdirən beynəlxalq səviyyəli tədbir kimi artıq “GITEX GLOBAL” kimi təqdim edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR