Bank Of Baku

FHN-in nümayəndələri İnterpolun “Geiger” layihəsinin işçi qrupunun iclasında iştirak ediblər

FHN-in nümayəndələri İnterpolun “Geiger” layihəsinin işçi qrupunun iclasında iştirak ediblər
# 14 oktyabr 2023 12:37 (UTC +04:00)

10-12 oktyabr 2023-cü il tarixlərində Moldovanın Kişinyov şəhərində İnterpolun “Geiger” layihəsinin Qara dəniz, Qafqaz və Mərkəzi Asiya üzrə işçi qrupunun iclası keçirilib. İclasda İnterpolun Milli Mərkəzi Bürosunun, həmçinin dəvət olunan 10 ölkədən müvafiq qurumların 100-ə yaxın nümayəndəsi iştirak edib.

FHN-dən APA-ya verilən xəbərə görə, iclasda Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev və Əməliyyat-istintaq İdarəsinin rəisi polkovnik Turqut Salayev də iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrdə radioaktiv və nüvə materiallarının aşkar edilməsi üsullarının və belə hadisələrin qarşısını almaq üçün mövcud təcrübənin (aşkarlama, qiymətləndirmə, məlumatların toplanması, faktların təhlili və s.) təkmilləşdirilməsindən ibarət olub.

Tədbirdə Azərbaycan FHN-in nümayəndəsi Nicat Əliyev “Azərbaycan ərazisində mövcud olan nüvə və digər radioaktiv materiallar və bu sahədə mümkün təhdidlərin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, iclas çərçivəsində aidiyyəti sahələr üzrə gələcək inkişaf perspektivləri və təcrübə mübadiləsinə dair geniş müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR