Bank Of Baku

FHN: Ötən sutka 40 yanğına çıxış olub, 7 nəfər xilas edilib

FHN: Ötən sutka 40 yanğına çıxış olub, 7 nəfər xilas edilib
# 16 iyun 2023 11:58 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər, o cümlədən qeyri-çimərlik ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin, Yuxarı Zeyxur kanalının Qusar rayonu, Gündüzqala kəndi ərazisindən keçən hissəsindən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın zamanı 52 nəfər təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR