Bank Of Baku

FHN Sabunçuda məktəbdə təlim keçirib - FOTO - VİDEO

FHN Sabunçuda məktəbdə təlim keçirib - FOTO  - VİDEO
# 04 noyabr 2023 16:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

APA xəbər verir ki, FHN-in, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi nəzəri və praktiki hissədən ibarət təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

FHN-in əməkdaşları tərəfindən təlimin nəzəri hissəsində iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib, videoçarx nümayiş etdirilib.

Təlimin praktiki hissəsində isə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagirlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “xəsarət” almış məktəblilərə “ilkin yardım göstərilib”.

Uğurla başa çatan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edilib ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR