Bank Of Baku

FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib

FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
# 26 may 2026 12:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, maarifləndirmə tədbirləri Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Abşeron və Xızı rayonlarının, Şimal-qərb RM tərəfindən isə Qobustan rayonunun sel təhlükəli kəndlərində keçirilib.

Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR