Bank Of Baku

Finlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb

Finlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb
# 19 iyun 2023 12:28 (UTC +04:00)

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 20-dən çox media subyektinin nümayəndələri üçün Finlandiyanın media və böhran kommunikasiyası üzrə ekspertləri tərəfindən "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb.

APA xəbər verir ki, Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinen və finlandiyalı ekspertlərin iştirakı ilə keçirilən təlim Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Seminarın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ölkəmizdə informasiya məkanının çoxsaylı təhdid və təzyiqlərə məruz qaldığını, Azərbaycana qarşı aparılan dezinformasiyaların qarşısının alınmasının vacibliyini bildirib. Vurğulanıb ki, bu mövzuda Finlandiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə belə seminarların təşkili mühüm töhfə olacaq.

Seminarın açılışında çıxış edən Kirsti Narinen bildirib ki, bugünkü gündə reallığa əsaslanan informasiya ilə saxta məlumatları bir-birindən ayırmaq çətinləşib və buna görə cəmiyyəti informasiya ilə təmin edən şəxslər, jurnalistlər üçün belə təlimlərin keçirilməsi daha da vacib olub:

"Hibrid təhlükənin olduğu şəraitdə bu cür təlimlər jurnalistlərin daha yaxşı hərəkət edə bilmələrinə kömək olar. Hibrid təhdidlərin gedişatını izləmək çətindir. Hibrid təhdidlərin əsas məqsədi ölkədə siyasi, iqtisadi hadisələrin gedişatına təsir göstərməkdir. Hibdrid təhdidləri həyata keçirən ölkələr təsir etmək istədikləri cəmiyyətlərdə onların xeyrinə qərar verilməsini, fikir formalaşmasını istəyirlər. Yeni dünya nizamı isə ölkələrin bununla mübarizəsini çətinləşdirir".

Kirsti Narinen sözlərinə görə, o cəmiyyətlərdə ki demokratiya və dəyərlər var, həmin yerlərdə hibrid təhdidlərə müqavimət güclü olur:

"Bütün ölkələrin hibrid təhdidlərə qarşı səciyyəvi çətinlikləri var. Hibdrid təhdidlərin əsas məqsədi insanlar arasında çaşqınlıq yaratmaqdır. Buna görə əvvəla, qəbul etmək lazımdır ki, hibdrid təhdid varsa, bu kənardan müdaxilədir. Bunu edən təşkilatın və ya ölkənin bunu etməkdə məqsədini bilmək və buna uyğun addım atmaq lazımdır".

"Hibrid təhdidlərə qarşı aparılan işlər davamlı olmalıdır. Bu istiqamətdə bizim işləməli olduğumuz əsas şəxslər siyasətçilərdirlər" , - deyə o qeyd edib.

Bildirilib ki, iki gün davam edəcək təlimdə hibrid təhdidlərə qarşı necə mübarizə aparmaq lazım olduğuna dair müzakirələr aparılacaq.

İki gün davam edəcək seminarlarda Finlandiyanın Xarici İşlər Nazirliyinin eksperti Vesa Kekäle, Milli Audiovizual İnstitutun direktor müavini Leo Pekkala və Fövqəladə Təchizat Təşkilatı “Mediapooli”də Hazırlıq bölməsinin rəhbəri Tero Koskinen “Media savadlılığı”, “Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyi, uğurlu nümunələr”, “Keçid periodunda media”, “İnformasiya manipulyasiyasının təsviri, informasiya manipulyasiyası üçün ilkin şərtlər”, “Medianın rolu: jurnalistika və qərar qəbul edənlər arasında əlaqə”, “İnformasiya manipulyasiyasına qarşı dayanıqlılıq: hökumət tərəfindən əks tədbirlər daxil olmaqla bütün cəmiyyət yanaşması”, “Finlandiyada ənənəvi medianın situasiya məlumatlılığının təhlili”, “Finlandiyada jurnalistika infrastrukturu: Xəbər mediasına güvən” və s. mövzularda çıxış edəcəklər. Eyni zamanda “Azərbaycanın media landşaftında situasiya məlumatlılığının təhlili”, “Təhlildə müəyyən edilmiş riskləri necə prioritetləşdirmək, praktikada riskləri necə həll etmək olar?” mövzusunda vörkşopun keçirilməsi nəzərdə tutulub.

Seminarların yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR