Bank Of Baku

Füzuli Şəhəri Günü qeyd olunub - FOTO

Füzuli Şəhəri Günü qeyd olunub - FOTO
# 17 oktyabr 2026 16:03 (UTC +04:00)

Füzuli şəhərində 17 Oktyabr – Füzuli Şəhəri Günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirlər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilib.

Gün ərzində uşaqların iştirakı ilə rəsm üzrə ustad dərsləri təşkil olunub, rəsm sərgisi nümayiş etdirilib.

Daha sonra Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası göstərilib.

Proqram çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistlərinin, Füzuli sakini olan Əməkdar artist Nizami Abdullayevin, Ağabala Abdullayevin və rəqs ansamblının iştirakı ilə konsert proqramı təqdim olunub.

Tədbirlər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR