Bank Of Baku

Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrində 5200-dən çox insan yaşayacaq

Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrində 5200-dən çox insan yaşayacaq
# 18 oktyabr 2023 12:11 (UTC +04:00)

"İnzibati bina Füzuli şəhərinin inzibati mərkəzi ərazisində inşa olunacaq. İnzibati mərkəzinin ərazisi 12 hektardan çoxdur, inzibati binanın tikintisi üçün isə 4,4 hektardan çox bir sahə nəzərdə tutulub".

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.

O bildirib ki, inzibati binanın ərazisində parad meydanı və 1 hektar sahədə park inşa olunacaq: "5 mərtəbədən ibarət inzibati bina ən müasir dünya standartlarına uyğun olaraq inşa ediləcək. İnzibati mərkəzdə isə həmçinin digər dövlət qurumları üçün də ərazi nəzərdə tutulub”.

Eldar Seyidov həmçinin 2-ci və 3-cü yaşayış məhəllələri barədə də məlumat verib. O qeyd edib ki, Füzulidə artıq birinci yaşayış məhəlləsində 38 binadan 12-si artıq inşa olunub və əhali geri dönüb, digər binaların tikintisi isə davam etdirilir. Bununla yanaşı, Füzulidə daha 2 yaşayış məhəlləsi inşa olunacaq:

“İkinci və üçüncü yaşayış məhəllələrində ümumilikdə 5200-dən çox sakin yaşaya biləcək. İkinci yaşayış məhəlləsində 653 mənzil, Üçüncü yaşayış məhəlləsində isə 863 mənzil olacaq. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR