Media nümayəndələri Füzuli şəhərində idman kompleksinin təməli qoyulan ərazidə olublar.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Gənclər və İdman Nazirliyinin şöbə müdürü Elmir Mehdiyev jurnalistlərə deyib ki, ümumi sahəsi 17 hektar olan kompleksin baş planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək.
Onun sözlərinə görə, kompleksdə 100 yerlik tamaşaçı tribunası olan üzgüçülük zalı, güləş, cüdo, boks, karate növü üzrə məşq və trenajor zalları yaradılacaq: "Binada inzibati otaqlar, kafe, anbar və digər texniki sahələr də nəzərdə tutulub. Həmçinin sauna və masaj otaqları, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar olacaq. Plana əsasən, kopmleks ərazisində süni ot örtüklü minifutbol meydançası, açıq havada idman alətləri ilə təchiz edilmiş meydança və texniki bina da yaradılacaq".
Prezidentin izi ilə Füzuli rayonuna təşkil olunan media-tur başa çatıb.