Bank Of Baku

Füzuliyə köçən daha 21 ailəyə mənzillərinin açarı verilib - YENİLƏNİB

Füzuliyə köçən daha 21 ailəyə mənzillərinin açarı verilib - YENİLƏNİB
# 12 oktyabr 2023 14:24 (UTC +04:00)

Oktyabrın 12-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 208 ailə, yəni 749 nəfərin daimi məskunlaşması təmin edilib.

***

07:00

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

APA xəbər verir ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülür.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 208 ailənin, yəni, 749 nəfərin daimi məskunlaşması təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR