Bank Of Baku

Füzuliyə köçürülən əhalinin 75 faizi muzdlu işlə təmin edilib

Füzuliyə köçürülən əhalinin 75 faizi muzdlu işlə təmin edilib
# 04 noyabr 2023 14:15 (UTC +04:00)

Bildiyiniz kimi Böyük Qayıdış I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilin sonuna qədər işğaldan azad edilmiş ərazilərə 34 500 ailə, təxminən 140 min əhali köçməlidir. Qarabağ İqtisadi rayonunda digər işğaldan azad edilmiş ərazilərimiz kimi bir neçə yaşayış məntəqəsində əhali qrupları məskunlaşıb və proses davam edir.

APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Füzuli şəhərində məskunlaşmış 258 ailənin 75 faizi muzdlu işlə təmin edilib. Digər hissəsi isə ya işə qəbul prosesindədir, ya müxtəlif sosial paketlər və dövlət sektorunda iş yerləri ilə təmin olunub.

"Məqsədimiz odur ki, bura qayıdan vətəndaşlarımızın dayanıqlı iş yerləri olsun. Özəl sektorun səmərəli fəaliyyətinin təşkili üçün şərait yaradılması, dövlət sektorunun üzərinə düşən bütün zəruri tədbirlərin həyata keçirilməsi məskunlaşmanın dayanıqlı və ləyaqətli şəkildə həyata keçirilməsinə imkan verəcək".

Çingiz Səfərli

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR