Bank Of Baku

Füzuliyə köçürülən yeni ailələr mənzillərinə yerləşib - YENİLƏNİB-3 - FOTO - VİDEO

Füzuliyə köçürülən yeni ailələr mənzillərinə yerləşib - YENİLƏNİB-3  - FOTO  - VİDEO
# 07 sentyabr 2023 14:30 (UTC +04:00)

Füzuli şəhərinə köçürülən yeni ailələr artıq öz mənzillərinə yerləşib.

APA-nın Qarabağ Bürosunun xəbər verir ki, səhər saatlarında “Qobu park 3” yaşayış kompleksindən yola düşən yeni ailələr artıq öz mənzillərinə yerləşiblər.

31 il sonra ata-baba yurdlarına köçürülən keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edildikdən sonra ailələr yeni evlərinə yerləşiblər

Bununla da Füzuli şəhərində 349 nəfərdən ibarət 95 ailənin daimi məskunlaşması təmin edilib.

Emin Babayev

***

13:11

Mənzil başına çatan Füzuli şəhər sakinlərinə yeni mənzillərinin açarları təqdim olunub.

APA xəbər verir ki, yeni köçürülən ailələri qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseyinov yeni köçürülən ailələrə mənzillərin açarlarını təqdim edib.

***

12:41

Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən növbəti köç karvanı artıq mənzil başına çatıb.

APA xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə 102 nəfərdən ibarət daha 25 ailə köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 349 nəfərdən ibarət 95 ailənin daimi məskunlaşması təmin edilib.

Emin Babayev

***

07:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

APA xəbər verir ki, sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Ləman Salehova

***

Saat 06:30

Bu gün Füzuli şəhərinə növbəti köç həyata keçirilib.

APA xəbər verir ki, keçmiş məcburi köçkünlərin daha bir qrupu sentyabrın 7-də doğma Füzuli şəhərinə qayıdıb.

Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Qeyd edək ki, Füzuli sakinlərinin doğma şəhərinə qayıdışına bu il avqustun 18-də başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR