Bank Of Baku

Gədəbəyə dolu düşüb, Vəlvələçayda sel müşahidə olunub - VİDEO

Gədəbəyə dolu düşüb, Vəlvələçayda sel müşahidə olunub - VİDEO
# 11 iyun 2023 19:25 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Altıağac, Qrız, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Gədəbəy rayonunda saat 15:10-15:20 radələrində diametri 10 mm olan dolu düşüb.

Saat 16:10 radələrində Quba rayonu ərazisindən keçən Vəlvələçayda sel müşahidə olunub.

© APA | Vəlvələçayda sel

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR