Bank Of Baku

Gələn il əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 10 faiz çox nəzərdə tutulub

Gələn il əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 10 faiz çox nəzərdə tutulub
# 30 oktyabr 2023 11:43 (UTC +04:00)

Gələn il əmək pensiyasının ödənilməsi xərcləri 6500 000 000,0 manat proqnozlaşdırılır.

APA xəbər verir ki, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə əhaliyə ödənişlər üçün 6681,58 manat həcmində və ya Fondun xərclərinin 96,56%-i səviyyəsində proqnozlaşdırılır.

2024-cü ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 2023-cü ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 10,04% və ya 592,82 mln manat çox nəzərdə tutulub.

2024-cü il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi nəzərə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR