Gələn il Naxçıvan Muxtar Respublikasının 100 illiyi qeyd olunacaq.
APA xəbər verir ki, bunu Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyunun 7-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirədə deyib.
Qeyd olunub ki, muxtar respublikanın 100 illik tədbirləri çərçivəsində Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvan amili xüsusi qeyd olunmalıdır: “Muxtar respublikanın 50 illik dövrü məhz Onun siyasəti ilə formalaşıb. Xüsusilə Ümummilli Liderin 1990-1993-cü illərdə Naxçıvanda olması, nəinki Naxçıvan Muxtar Respublikasını, eləcə də Azərbaycan Respublikasını böyük bir təhlükədən xilas edib”.