Gənclər və İdman Naziri Fərid Qayıbov Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinə yeni rəis təyin edib.
APA xəbər verir ki, əmrə əsasən İntiqam Hüseynov bundan sonra sözügedən vəzifəni icra edəcək. İ.Hüseynov bunadək Gəncə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb.