Paşha Bank
Bank Of Baku

Gəncədə Anım Günü ilə bağlı tədbir keçirilib

Gəncədə Anım Günü ilə bağlı tədbir keçirilib
# 27 sentyabr 2026 12:09 (UTC +04:00)

Gəncədə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

APA-nın yerli bürosunun məlumatına görə, anım tədbiri Gəncə Şəhidlər xiyabanında baş tutub. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə, Müşviq Cəfərov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlər xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd olunmuş lövhənin önünə gələrək onların əziz xatirəsini yad ediblər. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR