Gəncəyə aramsız yağan yağışlar bir sıra fəsadlar törədib.
APA-nın yerli bürosunun xəbərinə görə, xüsusilə Azərbaycan bayrağı küçəsində çətinliklər yaranıb. Küçələrə su dolub, avtomobillərin hərəkətində çətinliklər müşahidə olunur. Şəhərin ən iri ticarət mərkəzlərindən birinin qarşısını da su basdığı bildirilir.
Bundan başqa, güclü yağışın yağması nəticəsində şəhərin Heydər Əliyev Park kompleksinin ərazisində salınan süni gölə yağış suları toplanıb. Hazırda ərazidə problemin aradan qaldırılması üçün tədbirlər görülür.