Bank Of Baku

Gəncədə nənənin küçəyə atdığı azyaşlı bacı-qardaşın vəziyyəti açıqlanıb

Gəncədə nənənin küçəyə atdığı azyaşlı bacı-qardaşın vəziyyəti açıqlanıb
# 01 noyabr 2023 14:29 (UTC +04:00)

Gəncədə nənələri tərəfindən küçəyə atılmış Cəlilova Mələk Həsən qızı (16.06.2023) və Cəlilov Miryusif Həsən oğlu (05.04.2021) oktyabrın 26-da Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib.

O qeyd edib ki, azyaşlı bacı-qardaşa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və intensiv terapiya şöbəsinə qəbul olunub: "Onların vəziyyəti orta-ağırdır. Hər iki xəstənin müayinə və müalicələri davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR