Bank Of Baku

Gəncədə qanunsuz tikintilərə qarşı tədbirlər görülür

Gəncədə qanunsuz tikintilərə qarşı tədbirlər görülür
# 02 noyabr 2023 12:48 (UTC +04:00)

Gəncədə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə APA-ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin ƏmlaK Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

Aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir neçə qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Məhsəti qəsəbəsində aşkarlanan 2, İ.Cəfərov küçəsində 1, Azərbaycan Bayrağı küçəsində 1 və Səbuhi Əliyev küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində yerləşən 1 ədəd qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.

Qeyd edilib ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR