Bank Of Baku

Gəncədə şəhid ailələri və müharibə iştirakçıları daim diqqət mərkəzində saxlanılır

Gəncədə şəhid ailələri və  müharibə iştirakçıları daim diqqət mərkəzində saxlanılır
# 29 avqust 2022 19:51 (UTC +04:00)

Ölkəmizin hər yerində olduğu kimi Gəncə şəhərində də şəhid ailələrinə və müharibə iştirakçılarına hər cür qayğı göstərilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi olaraq görüşlər keçirməsi demək olar ki, bir ənənə halını alıb.

İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, bu gün də şəhər rəhbəri növbəti dəfə şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Görüşdə obyekt üçün torpaq sahəsinin ayrılması, mənzil uçotuna alınma və digər məsələlərlə bağlı müraciətlər dinlənilib.

Niyazi Bayramov qeyd edib ki, ölkədə Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə və müharibə iştirakçılarına olan diqqət həmişə yüksək səviyyədədir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Şəhid ailələrinin müraciətlərinin araşdırılaraq, qanun çərçivəsində həlli istiqamətində şəhər rəhbəri tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Şəhid ailələri göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR