Bank Of Baku

Gəncədə yanğınla mübarizə ilə bağlı seminar-müşavirə keçirilib - FOTO

Gəncədə yanğınla mübarizə ilə bağlı seminar-müşavirə keçirilib - FOTO
# 25 iyul 2023 16:59 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsində ölkə ərazisində meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün fəaliyyət planının icrası ilə bağlı regional seminar-müşavirə keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbir FHN-lə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Regional idarənin rəisi, polkovnik-leytenant Kənan Aşurov, Gəncə regional DYNİ-nin, şəhər İcra Hakimiyyətinin, Regional meşə təsərrüfatı mərkəzlərinin və regional ekologiya idarələrinin nümayəndələri iştirak edib. Çıxış edənlər bildiriblər ki, son zamanlar baş verən yanğınların əksəriyyəti ehtiyatsızlıqdan olur. Buna görə də meşə ərazilərində olan zaman ehtiyatlı olmaq, hər hansı yanğın hadisəsi ilə üzləşən zaman dərhal FHN-ə məlumat vermək lazımdır.

Kənan Aşurov bildirib ki, FHN əməkdaşları tərəfindən yanğın təhlükəsizliyinə qarşı daimi maarifləndirici seminarlar keçirilir. Onun sözlərinə görə, meşə yanğınları qərb regionunda ən az qeydə alınır. Qeyd edilib ki, Azərbaycanda meşə yanğınları daha çox şimal-qərb bölgəsində baş verir. Baş verən yanğınlar isə əsasən turistlərin nəzarətsiz qoyduqları ocaqlarla bağlı olur.

Qeyd olunub ki, tədbirin əsas məqsədi meşə yanğınlarının qarşısını almaq və qabaqlayıcı tədbirlərin görülməsindən ibarətdir.

Tədbirdə təkcə meşə yanğınlarında söhbət açılmayıb. Həmçinin kənd təsərrüfatında, əkin sahələri və nəzarətsiz sahələrin yandırılmasına qarşı mübarizə aparılmasının vacibliyi də qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR