"Gender məsələsində həssas büdcənin müəyyən olunması və qanunvericilik normalarının qısa müddətdə hazırlanması bizi bu sahədə problemin həllinə daha da yaxınlaşdıra bilər".
APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT Dayanıqlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, həmçinin yekun tövsiyələrə cinsi seçkiliyin aradan qaldırılması, selektiv abort hallarının qarşısının alınması, qadın və qızlara qarşı cinsi qısnama və gender əsaslı zorakılıqla mübarizənin daxil edilməsi məqsədəuyğun olardı.