Goranboyda avtomobil qəzasında xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, qəzada 1973-cü il təvəllüdlü Təyyibə Ələsgərova, 1992-ci il təvəllüdlüToğrul Ələsgərov, 1995-ci il Zeynalabdin Ələsgərov, 1999-cu il təvəllüdlü Aytac Babayeva, 2001-ci il təvəllüdlü Arzu Ələsgərova və 2020-ci il təvəllüdlü Aylin Ələsgərli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
***
21.31
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kədində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı minik avtomobili traktorla toqquşub.Qəza zamanı minik avtomobilindəki 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.