Bank Of Baku

Güclü yağış Şəkidə məktəbdəki imtahan mərkəzinin divarlarından su sızmasına səbəb olub

Güclü yağış Şəkidə məktəbdəki imtahan mərkəzinin divarlarından su sızmasına səbəb olub
# 19 iyun 2023 12:00 (UTC +04:00)

Dünən gün ərzində yağan güclü yağışlar Şəki şəhər 11 nömrəli məktəbdə yerləşən imtahan mərkəzinin divarlarından su sızmasına səbəb olub.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, əməkdaşların sürətli reaksiyası nəticəsində suyun texniki vasitələrə zərər verməsi əngəllənib, dam örtüyünün zədələnmiş hissəsi tez bir zamanda təmir edilib.

"Hazırda mərkəzdə bütün resurslar saz vəziyyətdədir və müəllimlərin sabah keçiriləcək sertifikatlaşdırma imtahanına hazırdır" - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR