Bank Of Baku

Həkim: Günəş şüalarının mənfi nəticələrindən biri kimi dəri xərçənginə çox rast gəlinir

Həkim:  Günəş şüalarının mənfi nəticələrindən biri kimi dəri xərçənginə çox rast gəlinir
# 21 iyun 2023 15:30 (UTC +04:00)

Yay aylarında günvurma ilə bağlı risk qrupuna daxil olanlar daha çox uşaqlar və yaşı 65-dən yuxarı olanlar, ürək-damar xəstəliklərindən, piylənmədən əziyyət çəkənlərdirlər.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib. Həkim bildirib ki, Günəş şüalarının insan orqanizminə faydaları olduğu kimi, son zamanlar aparılan araşdırmalara görə, təhlükəli olan şüaları da var:

“Buna görə xüsusilə də risk qrupuna daxil olanlar diqqətli olmalıdırlar. Tövsiyə olunmayan saatlarda açıq havada çox qalmamalıdırlar. Son vaxtlar Günəş şüalarının mənfi nəticələrindən biri kimi dəri xərçənginə çox rast gəlinir”, - deyə həkim qeyd edib.

Həkim bildirib ki, D vitaminin 80 faizi dəridə yaranır, buna görə gün vannalarının qəbulu tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR