“Ermənistanın Gəncədə törətdiyi terrorun izlərini gözlərimlə gördüm”.
APA xəbər verir ki, bunu BMT-də akkreditasiya olunmuş jurnalist, Nyu-Yorkda yerləşən ATN televiziyasının və Hindistandakı "Global Governemnts News"un əməkdaşı Anjali Şerma Gəncədə jurnalistlərə açıqlamasında deyib. Vaxtilə burada yaşayış binaları, oyun meydançası, məktəb binası olduğunu, onların Ermənistan tərəfindən raket hücumuna məruz qaldığını bildirən jurnalist deyib ki, bu dağıntıları seyr etmək sarsıdıcıdır:
“Mən Hindistandanam bütün bunları daha yaxşı anlayıram. Bilirsiniz, dünyanın müxtəlif nöqtələrində çoxlu münaqişələr var, ancaq bu münaqişə artıq bitib. Azərbaycan və Ermənistan arasındakı bu münaqişə nəticəsində çoxsaylı itkilər olub, insanlar əzab çəkib. Dünən Qarabağda idik, mən öz gözlərimlə azərbaycanlıların burada nələr yaşadığını, onlara qarşı nələr törədildiyini gördüm. Ümid edirəm ki, bundan sonra problemlər sülhlə, danışıqlarla həllini tapacaq”.
Zümrüd Paşkin
Fuad Nazimoğlu