Bank Of Baku

I Qarabağ müharibəsində itkin düşən şəxsin bacısı: Dünya ictimaiyyətini haqqı müdafiə etməyə çağırırıq

I Qarabağ müharibəsində itkin düşən şəxsin bacısı: Dünya ictimaiyyətini haqqı müdafiə etməyə çağırırıq
# 03 avqust 2023 16:02 (UTC +04:00)

“Mən dünya ictimaiyyətini Qarabağda əsir götürülən, itkin düşən, günahsız insanların müdafiəsinə çağırıram”.

APA xəbər verir ki, bunu 1993-cü ildə döyüşlər zamanı itkin düşən Şəmsi Həmidovun bacısı Səkinə Həmidova deyib.

O bildirib ki, Cəbrayıl rayonunun Dağ Tumas kəndindəndir və onların kəndindən 38 itkin var: “Bu günə qədər onların heç birinin aqibəti barədə məlumat ala bilməmişik. Bəyanata əlavə olaraq demək istəyirəm ki, Qarabağda itkin düşmüş, əsir götürülmüş 4 minə qədər şəxs Ermənistanın işğal etdiyi rayonlarımızdakı qızıl yataqlarında, Ermənistanın Atom Elektrik Stansiyasında qul kimi işlədilib, bəziləri orada ölüblər. Bunu dünya ictimaiyyətindən gizlətmək üçün əsirlərin ad-soyadlarını dəyişdirib, erməni ad-soyadı ilə əvəzləyiblər. İndi biz terrorçulardan birini tutmuşuq, dünya ictimaiyyəti onun müdafiəsinə qalxıb. Mən dünya ictimaiyyətini Qarabağda əsir götürülən, itkin düşən, günahsız insanların müdafiəsinə çağırıram. Bizim də itkinlərdən də bir xəbər verilsin. İndi hansı rayonda abadlıq işləri aparılırsa, kütləvi məzarlıqlarla qarşılaşırıq. Dünya ictimaiyyətini bizim günahsız insanların müdafiəsinə qalxmağa çağırıram”.

O deyib ki, bu yaxınlarda Cəbrayılın Dağ Tumas kəndinə gedib.

“Orada bütün evlər dağıdılıb, heyvanlar, bitki aləmi məhv edilib. Ermənilər Qarabağda təkcə insanlara qarşı yox, bəşəriyyətə qarşı soyqırımı törədiblər. Mən dünya ictimaiyyətini haqqın tərəfində olmağa, bizi müdafiə etməyə səsləyirəm”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR