Bank Of Baku

I Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri Şuşada kütləvi məzarlıqda olub - FOTO - VİDEO - YENİLƏNİB

I Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri Şuşada kütləvi məzarlıqda olub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 05 sentyabr 2023 15:00 (UTC +04:00)

Yeniləmə: I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlığı ziyarət edib.


APA-nın Qarabağ bürosu xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə itkin düşən şəxslərin yaxınları Şuşa həbsxanasının ərazisində aşkarlanan kütləvi məzarlıqda olublar.

Qonaqlara məlumat verilib ki, iyun ayında Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb. Daha sonra Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

Qeyd edək ki, səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edir.

13:32

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Səfərin təşkil olunmasında məqsəd, itkin düşən şəxslərin yaxınlarının döyüşdüyü torpaqları ziyarət etməkdir. Səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edir.

Səfər çərçivəsində Şuşa şəhərinin gəzintisi və Şuşa türməsinin ərazisində tapılan kütləvi məzarlığın ziyarət edilməsi nəzərdə tutulub.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR