Bank Of Baku

İcbari tibbi sığorta yığımlarının artırılması təklif edilib

İcbari tibbi sığorta yığımlarının artırılması təklif edilib
# 03 noyabr 2023 15:32 (UTC +04:00)

İcbari tibbi sığorta üçün yığımların artırılmasına ehtiyac var.

APA xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Türkiyədə bu rəqəm 12 faizdir:

"Bizdə də ən azından 1 faiz artırmaqla səhiyyəmizin bir sıra problemlərini həll edə bilərik. Beynəlxalq mühitdə imicimizə zərbə vuran bir məsələ var. Bu, bəzi nadir xəstəliklərin dövlət proqramına salınmamasıdır. Düzdür, ötən il kistoz fibroz salındı, lakin əlavə 2-3 xəstəlik də var ki, onlar da dövlət proqramına salınmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR