Bank Of Baku

İnam Kərimov: Konstitusiya Məhkəməsi ölkədə hüququn inkişafında mühüm rol oynayır

İnam Kərimov: Konstitusiya Məhkəməsi ölkədə hüququn inkişafında mühüm rol oynayır
# 04 iyul 2023 12:08 (UTC +04:00)

Konstitusiya Məhkəməsi ölkəmizdə demokratiyanın inkişafına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə önəmli töhfə verib.

APA xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlət quruculuğunun inkişafına təkan verən mühüm bir addım idi:

"Konstitusiya ölkənin siyasi mədəniyyətinin tərkib hissəsi kimi onun funksionallığının əsasını təşkil edir. Konstitusiya həmçinin ölkənin ən ali qanunu olmaqla, demokratik cəmiyyətdə hüquq və azadlıqların sərhədlərini də müəyyən edir".

İnam Kərimov qeyd edib ki, bir sıra konstitusiya normalarının rəsmi şərhi, müxtəlif sahələr üzrə qanunvericiliyin şərhi ilə Konstitusiya Məhkəməsi ölkəmizdə hüququn inkişafında mühüm rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR