Milli Məclisin iclasının gündəliyi dəyişib.
APA-nın xəbərinə görə, iclasın gündəliyinə “İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” məsələ daxil edilib.
Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.