Bank Of Baku

İnfeksionist: Vaxtında həkimə müraciət edilsə, Hepatit C 3 aya sağala bilən xəstəlikdir

İnfeksionist: Vaxtında həkimə müraciət edilsə, Hepatit C 3 aya sağala bilən xəstəlikdir
# 21 iyun 2023 15:50 (UTC +04:00)

"Vaxtında həkimə müraciət edilsə, Hepatit C 3 aya sağala bilən xəstəlikdir".

APA xəbər verir ki, bunu həkim-infeksionist Əminə İsmixanova deyib. Həkim bildirib ki, xəstə sağalandan sonra periodik olaraq 6 ay, bir il və iki ildən sonra müayinə edilir və yoxlama dayandırılır:

“Hepatit C tam sağala bilir. Lakin bir neçə ildən sonra həmin şəxs yenidən başqa genotipə yoluxa bilər. Bu, xəstəliyin geri qayıtması deyil, xəstənin başqa genotipə yoluxması deməkdir".

İnfeksionist deyib ki, qaraciyər səssiz orqandır:

"Hepatitə yoluxma isə ağrılar başlayana qədər müəyyən əlamətlərlə özünü göstərir. Ağrılar başlamazdan əvvəl köp, davamlı halsızlıq, yorğunluq, sarılıq kimi əlamətlər hepatitə yoluxmadan şübhələnməyə əsas verir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR