Yerli vaxtla saat saat 11:08-də İran ərazisində maqnitudası 4.7 olan zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 11:08-də İranla Azərbaycan sərhəddində zəlzələ qeydə alınıb. Zəlzələ Cəlilabad , Yardımlı , Lənkəran , Lerik , Astara rayonlarında 4-3 bala qədər hiss olunub.
***
09:55
Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.
AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan APA-ya verilən məlumata görə, zəlzələ Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Astara, Saatlı, Beyləqan, Ağdam rayonlarında 5-3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 15 km olub.
***
09:38
İlkin məlumatlara əsasən, Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 09:18-də baş verən 5.1 maqnitudalı zəlzələ sərhəd rayonlarında - Yardımlı, Lerik, Saatlı, Ağdamda hiss olunub.
***
09:31
Azərbaycanda zəlzələ olub.
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd olunub ki, yaxın dəqiqələrdə ətraflı məlumat veriləcək.
***
09:24
Lənkəranda zəlzələ olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib.
Yeraltı təkan təxminən 3-4 bal arasında hiss edilib.
Zəlzələ Cəlilabadda da hiss edilib.