Bank Of Baku

İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb

İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb
# 13 iyul 2023 15:58 (UTC +04:00)

AMEA Rəyasət Heyətinin qərarı ilə yeni yaradılan İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının tərkibi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Bildirilib ki, Şuranın sədrliyinə akademik Teymur Kərimli, sədr müavinliyinə professor Qəzənfər Paşayev, üzvlüyünə isə tanınmış türkoloq alimlər təsdiq olunublar.

Professor Qəzənfər Paşayevin məruzəsində irəli sürülən təkliflərin İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının iş planında nəzərə alınmasına qərar verilib. Eyni zamanda, İraq-Türkman gənclərinin doktorantura təhsili almaları üçün münasib şərait yaradılacağı nəzərə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR