Bank Of Baku

İrpen şəhərinin müəllim və şagirdləri BANM-da olublar - FOTO

İrpen şəhərinin müəllim və şagirdləri BANM-da olublar - FOTO
# 14 iyun 2023 17:23 (UTC +04:00)

Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri davam edir.

APA xəbər verir ki, onlar Bakının Bibiheybət qəsəbəsində yerləşən SOCAR Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olublar.

Nümayəndə heyəti üçün BANM daxilində gəzinti təşkil edilib və onlar təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar.

Xatırladaq ki, ukraynalı müəllim və şagird heyəti üçün Bakıdakı Zərifə Əliyeva adına liseydə, SOCAR-ın Muzey eksponatlarının saxlanılması və bərpası Mərkəzində görüşlər təşkil edilib.

Qeyd edək ki, səfər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Elm və Təhsil Nazirliyi, SOCAR Ukrayna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR