Noyabrda 5 gün ardıcıl iş olmayacaq

Noyabrda 5 gün ardıcıl iş olmayacaq
# 20 oktyabr 2023 12:01 (UTC +04:00)

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

APA-nın xəbərinə görə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr (cümə) iş günü ilə 4 noyabr (şənbə) istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür. 11 noyabr şənbə, 12 noyabr bazar günüdür. Beləliklə, 5 gün ardıcıl (8, 9, 10, 11, 12 noyabr) iş olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR