Bank Of Baku

İşğaldan azad edilmiş ərazilərdə 124 mindən çox ağac tingi əkilib

İşğaldan azad edilmiş ərazilərdə 124 mindən çox ağac tingi əkilib
# 23 oktyabr 2023 14:35 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib, 3000 kq palıd və Şərq çinarı toxumu səpilib. Salınmış yaşıllıqların suvarılması məqsədilə damcılı suvarma sistemi quraşdırılıb.

APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində meşələrin inventarlaşması işləri həyata keçirilir:

"Cəbrayıl şəhərinin yaxınlığında Ağıllı tinglik təsərrüfatının" və "Dostluq meşəsi"nin salınması, eləcə də "Azərbaycan-Türkiyə Meşəçilik Təlim Mərkəzi"nin yaradılması layihələri ilə bağlı işlərə başlanılıb və planlaşdırılmış işlərin birinci mərhələsi yekunlaşmaq üzrədir".

O, həmçinin bildirib ki, cari ilin payız əkini mövsümündə Füzuli rayonu və Cəbrayıl şəhəri yaxınlığında qeyri-meşə fondu torpaqlarında ümumilikdə 120 hektar ərazidə yeni yaşıllıq massivlərinin salınması məqsədilə torpaq hazırlığı işləri həyata keçirilir:

"Bununla yanaşı, azad edilmiş ərazilərdə məhv edilmiş meşə fondu sahələrinin bərpası məqsədilə 2023-cü ilin sonunadək 100 hektardan çox ərazidə meşəbərpa tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR