Bu gün İsmayıllının Sulut kəndində Sulut Turizm Mərkəzinin açılış mərasimi baş tutub.
APA-nın Şirvan bürosu xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd kənd turizminin inkişafı, kəndin tarixi eləcədə gəzməli və görməli yerlərinin insanlara tanıdılması olub.
Təşkil olunmuş tədbirdə blogerlər, turizm nümayəndələri və bələdçilər iştirak edib. Tədbir çərçivəsində ilk olaraq kəndlə tanışlıq, kəndin tarixi və tarixi məkanları, 300 il yaşı olan çinar ağacları və qədim qoz ağacları haqqında məlumatlandırmaq olub.
Layihə turizm mütəxəssisi Fuad Rəsulovun təşəbbüsü və Dövlət Turizm Agentliyinin maliyyə yardımı ilə baş tutub. Layihənin əsas məqsədi ekoturizm və hakinnq, eləcə də dağ turizminin inkişafı, kənd insanlarına kənd turizminin inkişafında dəstək olmaqdır.
Bu istiqamətdə kənd sakinlərinə treninqlər keçirilib və onların hazırlanması istiqamətində işlər aparılıb. Layihənin marşrut uzunluğu 10 km-dir. Marşrut üzərində kəndlə tanışlıq və tarixi məkanları yerləşir. Bu layihədə bələdçilər əsas kənd sakinləridir. Əsas məqsədlərdən biridə kəndə gələn turistlərə kənd sakinlərinin hazırladığı məhsulların satışı və onlara istəklərinə uyğun xidmətin göstərilməsidir. Layihə çərçivəsində 40 otaq və digər tarixi abidələr ziyarət edilib.