Tələb çox olduğundan endoprotezləşmə ilə bağlı növbəni ləğv etdik və bu gün bununla bağlı heç bir növbə yoxdur.
APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib. O, həmçinin çıxışı zamanı qeyd edib ki, icbari tibbi sığortaya kardiocərrahiyə ilə bağlı bütün xidmətlər daxil edilib:
"Lakin hansısa xidmətin və ya yeniliyin əlavə olunması ilə bağlı mütəxəssislərdən müraciətlər alırıq. Bunlar da topalanaraq aidiyyəti qurumlara təqdim edilir. Bu bir qədər uzun prosesdir. Xidmətlər zərfi çox detallı və böyük sənəddir. Buna görə tez-tez dəyişiklik edə bilmirik".