Bank Of Baku

Kamran Əliyev: Azad edilmiş ərazilərdə prokurorluq orqanları fəaliyyətini yüksək səviyyədə yerinə yetirəcək

Kamran Əliyev: Azad edilmiş ərazilərdə prokurorluq orqanları fəaliyyətini yüksək səviyyədə yerinə yetirəcək
# 22 iyun 2023 10:47 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanları digər qurumlarla əlaqəli şəkildə fəaliyyətini bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək.

APA xəbər verir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev Laçında rayon prokurorluğunun binasının açılışında deyib.

Kamran Əliyev qeyd edib ki, Laçın rayon prokurorluğunun Laçın şəhərində inzibati binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm günlərdən biri olmaqla, prokurorluq işçisi kimi hər kəsi sevindirir və prokurorluq orqanlarının tarixinə qızıl hərflərlə yazılacaq:

"Prokurorluq orqanlarının ənənəvi tarixi fəaliyyəti, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətə sadiqliyi və bu siyasətin həyata keçirilməsinə yüksək dəstəyi əminlik yaradır ki, prokurorluq orqanları işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın rayonunda hüquq qaydasının təmin edilməsi və möhkəmləndirilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla mübarizə üzrə digər orqanlarla əlaqəli şəkildə fəaliyyətini bundan sonra da yüksək səviyyədə yerinə yetirməklə, göstərilən etimadı daha da yüksək səviyyədə doğrultmağa, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən tam şəkildə gəlməyə davam edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR