Bank Of Baku

Kamran Əliyev: Fərid Səfərli ilə bağlı iranlı həmkarımla müzakirə apardıq, ümid edirəm müsbət nəticələr olacaq

Kamran Əliyev: Fərid Səfərli ilə bağlı iranlı həmkarımla müzakirə apardıq, ümid edirəm müsbət nəticələr olacaq
# 15 sentyabr 2023 15:34 (UTC +04:00)

Bu gün Azərbaycanda ilk dəfə olaraq MDB ölkələri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilib. Biz MDB-dən 7 ölkənin Bas prokurorları ilə 33-cü iclasımızı keçirdik və cinayətkarlığa qarşı mübarizə sahəsində MDB məkanında aktual məsələləri müzakirə etdik.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İƏT Baş prokurorlarının 4-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Kamran Əliyevin sözlərinə görə, müzakirə olunmuş məsələlər gələcək üçün faydalı olacaq: "Təbii ki, cinayətkarlıq artıq sərhədləri aşır. Ona görə də cinayətkarlığa qarşı mübarizə sahəsində bütün hüquq-mühafizə orqanları, o cümlədən də prokurorluq əməkdaşlarının fəaliyyəti zəruridir. Eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclası keçirilir və ümid edirik ki, regionda cinayətkarlıqla mübarizə məsələləri müzakirə olunacaq. Azərbaycan hazırda İƏT-ə sədrlik edən ölkədir. Demək olar ki, 10 ölkənin Baş prokurorları cinayətkarlığa qarşı məsələləri müzakirə edəcəklər".

İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli ilə bağlı sualı cavablandıran Kamran Əliyev bunları bildirib:

"Bu məsələni iranlı həmkarımla, İranın Baş Prokuroru ilə müzakirə etdik. Detalları barədə məlumat vermək istəməzdim. Onu deyə bilərəm ki, bu məsələ müzakirə edilib və ümid edirik ki, müsbət nəticələr əldə olunacaq".

Kamran Əliyev, həmçinin bildirib ki, işğaldan azad olunmuş ərazilərdən tapılan insan qalıqları ilə bağlı işlər davam etdirilir: "Həm milli qanunvericilik çərçivəsində araşdırma aparılır, həm də beynəlxalq məhkəmələrə müvafiq müraciətlər olunur. Qarabağda aparılan tikinti və yenidənqurma işləri zamanı tapılan qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görülür. Ermənilər xəritələri tam verməyib, təqdim olunan xəritələrin də əksəriyyəti reallığa uyğun deyil. Onu deyə bilərəm ki, hazırda tapılan insan qalıqlarının ailələrinə təhvil verilməsi istiqamətində fəaliyyət davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR