Bank Of Baku

Kamran Əliyev Naxçıvanda əməliyyat müşavirəsi keçirib

Kamran Əliyev Naxçıvanda əməliyyat müşavirəsi keçirib
# 09 iyul 2023 17:22 (UTC +04:00)

İyulun 9-da Baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin I yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Müşavirədə Kamran Əliyev tərəfindən giriş nitqi ilə çıxış edilərək, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması, Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasında rəhbər vəzifədə olduğu vaxtlarda həyata keçirdiyi siyasi fəaliyyət, həmin dönəm də məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi, inkişafı istiqamətində gördüyü işlər, prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən məhkəmə və hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra çıxışda Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib.

Həmçinin, Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanları və digər-hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyəti barədə müşavirədə ətraflı məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşlarının iş şəraitilə yerində tanış olan Baş prokuror Kamran Əliyev "Elektron Prokurorluq İnformasiya Sistemi"nin tətbiqi ilə də yaxından maraqlanıb.

"Prokurorluğun bütün fəaliyyət istiqamətlərini vahid bir elektron platformada birləşdirən bu informasiya sisteminin tətbiqi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, prokurorluq işçilərinin fəaliyyətinə nəzarətin effektivliyinin, eləcə də vətəndaş məmnunluğunun artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir" - deyə Baş prokuror bildirib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan hərbi prokurorluğuna verilən yeni kriminalistik və xidməti avtomobillərə baxış keçirilib.

Sonda xatirə fotoşəkilləri çəkdirilib.

Səfər çərçivəsində Kamran Əliyev Naxçıvan hərbi prokurorluğunun əməkdaşları və Müdafiə Nazirliyinin Sədərək rayonunda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçuları ilə görüşüb.

Görüş zamanı Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirərək, bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.

Prokurorluq orqanlarının tərkin hissəsi olan Hərbi prokurorluğun, o cümlədən Naxçıvan hərbi prokurorluğunun əməkdaşlarının qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlər, 44 günlük Vətən müharibəsi dövründə göstərdikləri fədakarlıqlar, həmçinin müharibədən sonrakı dövrdə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmələri yüksək qiymətlədirilib.

Vurğulanıb ki, Naxçıvan hərbi prokurorluğunda yaradılan şərait, peşəkar və perspektivli kollektiv, onların səmərəli iş fəaliyyəti imkan verəcək ki, qarşıya qoyulan tapşırıqlar bundan sonra da layiqincə icra edilsin.

Hərbi prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Daha sonra Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.

Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.

Sonra bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR