Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tovuz şəhərində vətəndaşları qəbul edəcək.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 27-də Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında saat 10.00-dan Tovuz, Ağstafa və Qazax rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı oktyabrın 26-da Olimpiya İdman Kompleksinin inzibati binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]