Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində həlak olan Britaniya vətəndaşlarının on nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə "Sky News" məlumat ayyıb.
Qeyd olunur ki, oktyabrın 7-də HAMAS-ın hücumundan sonra yoxa çıxan 16 yaşlı qızın cəsədi bu yaxınlarda müəyyən edilib.
"Onun ölümü ilə HAMAS hücumu başlayandan bəri öldürülən britaniyalıların sayı 10-a çatıb", - deyə kanal bildirir.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailə səfər edib.
Britaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Livana səfərdən çəkinməyi tövsiyə edib.